• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qurban Qurbanov yeni ot örtüyünü yoxladı

  • İdman
  • 16 Sentyabr 2014 12:42
  • 471 Baxış
Qurban Qurbanov yeni ot örtüyünü yoxladı

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumda olması "Neftçi" və "Qarabağ"ın Avropa Liqasındakı ev oyunlarındakı çıxışına təsirsiz ötüşməmişdi.

Problemi həll etmək üçün arenaya yeni ot örtüyü döşənib. Yeni örtük Hollandiyadan gətirilib. Yeni ot örtüyünü "SIS Pitches" şirkəti salır. Şirkət bunun üçün Bakıya 23 əməkdaşını göndərib. Bu mütəxəssislər "Santyaqo Bernabeu", "Nou Kamp" və "Amsterdam Arena" kimi məşhur stadionlarda çalışıblar.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da mərkəzi arenaya baş çəkib. Publika.az-ın əldə etdiyi məlumata görə, Avroliqanın qrup mərhələsində "Sent-Etyen"lə görüşə hazırlaşan təmsilçimizin çalışdırıcısı stadionun yeni örtüyünün keyfiyyəti ilə maraqlanıb.
Qurbanov ot örtüyünü durumundan razı qaldığını bildirib.

Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk matçını sentyabrın 18-də "Sent Etyen"ə qarşı keçirəcək.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR