“Real”da qarşıdurma - Ronaldo Xamesi qovdu – VİDEO
Bizi izləyin

İdman

“Real”da qarşıdurma - Ronaldo Xamesi qovdu – VİDEO

“Real”da qarşıdurma - Ronaldo Xamesi qovdu – VİDEO

“Real”la Ronaldo arasında münasibətlər get-gedə pozulur.

Xames Rodriqesi almasından, Anxel Di Mariyanın satılmasından sonra portuqaliyalı ulduz klubun transfer siyasətini tənqid etmişdi.

Ronaldo klubdan narazılığını növbəti dəfə biruzə verib. Belə ki, komandanın məşqi zamanı Ronaldo Rodriqesə “veto” tətbiq edib.

Publika.az xəbər verir ki, məşq zamanı futbolçular 2 qrupa bölünüb. Xames portuqaliyalının qrupunda məşq etmək istəyib. Ancaq Ronaldo onun bu istəyinə qarşı çıxıb. O, Rodriqesə digər qrupda məşq etməli olduğunu deyib. Özü də bunu nümayişkaranə şəkildə bildirib.

Rodriqes bu zaman az qala baxışları ilə Karlo Ançelottidən yardım diləyib. Ancaq məşqçi mübahisənin böyüməməsi üçün Ronaldonun dediyi kimi edib. Rodriqesi digər qrupla məşq etməyə göndərib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm