• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Federasiyanın vitse-prezidenti Mərakeşdən qayıdıb

  • İdman
  • 5 Fevral 2014 10:41
  • 942 Baxış
Federasiyanın vitse-prezidenti Mərakeşdən qayıdıb

Azərbaycan Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyasının (FİLA) üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin Güləş Federasiyaları ilə əməkdaşlıq edir.

Bir müddət əvvəl Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi zamanı Afrika Güləş Konfederasiyasının prezidenti cənab Fuad Meskout ölkəmizə səfər etmişdi.

Səfər müddətində Azərbaycan Güləş Federasiyası ilə ikitərəfli əməkdaşlıq, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi barədə razılıq əldə olunub.

Əldə olunmuş razılığa əsasən, yanvar ayının sonunda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Mərakeş Krallığına səfər edib.

Səfər zamanı Afrika Güləş Konfederasiyasında görüşlər keçirilib, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

AGF-nin I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev səfər barədə fikirlərini bölüşüb:

“Ölkəmiz müxtəlif idman yarışlarının təşkilində zəngin təcrübəyə malikdir, eyni zamanda bütün sahələrdə olduğu kimi, idman sahəsində, xüsusilə güləşdə qazandığımız uğurlar göz qabağındadır. Afrikalı həmkarlarımız Azərbaycanın təcrübəsindən yararlanmaqda maraqlıdırlar.

Azərbaycan Güləş Federasiyası gələcəkdə Afrika qitəsində təşkil olunacaq güləş yarışlarına hər cür təşkilati dəstək verməyə hazırdır. Görülən işlər bütövlükdə dünyada güləş idman növünün inkişafına xidmət edir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR