• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Topaz” dolaşdı – “O qazlandı! Bəs sən?” – FOTO

  • İdman
  • 17 Sentyabr 2014 09:45
  • 1 492 Baxış
“Topaz” dolaşdı  – “O qazlandı! Bəs sən?” – FOTO

Azərbaycanda ilk mərc operatoru olan "Topaz" 2011-ci ildən fəaliyyət göstərir.

Ancaq qumarxananın fəaliyyəti vətəndaşlar arasında birmənalı qarşılanmır. “Topaz”ın şərtləri digər ölkələrdə fəaliyyət göstərən mərc operatorlarının şərtlərindən qat-qat ağırdır. Əmsalları kifayət qədər aşağı olan “Topaz” mərc həvəskarlarına udmaq şansı, demək olar ki, vermir.

Mətbuatda yayılan məlumatlarda düzgün proqnoz verən vətəndaşların udduqları məbləği ala bilmədiyi haqda da iddialar səslənir.

Bu azmış kimi, qumarxana reklamını qeyri-peşəkar səviyyədə qurub. Publika.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin ən çox izləyicisi olan “Hamam Times” səhifəsi “Topaz”ın avtobusun üzərində yerləşdirilmiş reklam bannerini paylaşıb. Bannerdə mərc operatorunun “O qazandı! Bəs sən?” reklam yazısı “O qazlandı! Bəs sən?” kimi yazılıb.

“Dil dolaşar, düz danışar” atalar məsəli bu məqamda lap yerinə düşür.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR