• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Hörümçək adam”da xərçəng tapıldı

  • İdman
  • 17 Sentyabr 2014 10:48
  • 527 Baxış
“Hörümçək adam”da xərçəng tapıldı

“Nyukasl”ın argentinalı yarımmüdafiəçisi Xonas Qutyerresin səhhətində problem yaranıb.

Publika.az xəbər verir ki, həkimlər futbolçuda xərçəng aşkarlayıblar. Xəstəliyi barədə məlumatı futbolçu Argentina televiziyasına açıqlamasında verib.

Futbolçu bildirib ki, xəstəliyi ilə əlaqədar karyerasında fasilə verib və hazırda həkim nəzarətindədir. Yaxın günlərdə futbolçuya kimyaterapiya ediləcək.

31 yaşlı Qutyerres “Nyukasl”da 2008-ci ildən çıxış edir. Futbol aləmində “Hörümçək adam” adlandırılan Qutyerres, “Nyukasl”ın heyətində 177 oyun keçirib, 10 qol vurub.

O, Argentina millisinin heyətində də 22 oyunda meydana çıxıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR