• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Pep “qırmızı şeytanlar”ı aşağıladı

  • İdman
  • 17 Sentyabr 2014 15:40
  • 391 Baxış
Pep “qırmızı şeytanlar”ı aşağıladı

Bavariya”nın baş məşqçisi Pep Qvardiola bir çox klubları qıcıqlandıracaq fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, o, “Mançester Yunayted”in ixtiyarında olan bir neçə oyunçunu transfer etmək ehtimalından danışıb. İspan çalışdırcı eyni zamanda Avropanın böyük klublarına da mesaj yollamağı unutmayıb:

“Mançester Yunayted”in bizdən oyunçu alacaq qədər pulu yoxdu. Doğrudu, onlar bu yay transferlərə xeyli pul xərclədilər. Bu, dostum Luis Van Qal üçün yaxşı haldı. Oyunçularımla maraqlanan xeyli sayda klub var, bunları bilirəm.

Ancaq hər şey onların ixtiyarındadı. Qalmaq istəsələr, qalacaqlar. “Mançester Yunayted” də oyunçularımızla maraqlanır. Həmin futbolçular isə “Bavariya”da qalmaq istəyirlər. MY ötən mövsümü 7-ci sırada bitirməklə avrokuboklardan kənar qaldı. Fikrimcə, bu, böyük klublara yaxşı dərs olmalıdı, bəlkə də oldu da.

Bir sıra klubların məşqçiləri, rəhbərləri ötən mövsümə qədər məğlubedilməz və güclü olduqlarını düşünürdülər. Gələcəkdə də bənzər hadisələr baş verə bilər. Pul hər şey demək deyil. Futbol buna görə gözəldi".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR