Rusiyalı nazirdən xəbərdarlıq: “Hər şey ola bilər”
Bizi izləyin

İdman

Rusiyalı nazirdən xəbərdarlıq: “Hər şey ola bilər”

Rusiyalı nazirdən xəbərdarlıq: “Hər şey ola bilər”

Rusiyanın idman naziri Vitali Mutko “DÇ-2018”-in təşkilatçılıq hüququnun Rusiyadan alına biləcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Publika.az xəbər verir ki, Mutko sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib:

“Hər şey ola bilər. Biz Olimpiadanın boykotunu xatırlayırıq. Bu həyatda hər şey mümkündür. Ancaq düşünürük ki, idmanı siyasətə qarışdırmaq olmaz. İdman birləşdirici faktor olmalıdır.

İdmançılar dünya vətəndaşlarıdır. Onlar məşq edirlər, hazırlaşırlar. Onları yarışlarda iştirakdan məhrum etmək olmaz. Hər şey beynəlxalq federasiyaların özlərini necə aparacağından asılıdır”.

Xatırladaq ki, Almaniya mətbuatı sentyabrın 23-nə qədər Avropa İttifaqının Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini bildirib. Bu sanksiyalardan sonra bir sıra böyük idman yarışlarının, o cümlədən 2018-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun Rusiyadan alınacağı bildirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm