Kartof qızartmasını qadağan edən adamı günahlandırdı
Bizi izləyin

İdman

Kartof qızartmasını qadağan edən adamı günahlandırdı

"Mançester Yunayted"in keçmiş üzvü Rio Ferdinand uğursuzluqla yadda qalan Moyes dönəmi haqqında danışıb.

Publika.az-ın xəbərinə görə, o bildirib ki, matçlardan öncə şotlandiyalının kartof qızartması yeməyi qadağan etməsi klubda belə gərginliyə səbəb olub: "Moyes "MY"nin nə qədər böyük bir klub olduğunu dərk etmirdi. Tək düşündüyü şey müdafiədə oynamaq idi.

Tez-tez rəqibin necə təhlükəli olduğunu başa salırdı. Məşqlərin böyük bir hissəsini rəqibi necə dayandıracağımıza həsr edirdik. Ancaq bura "Everton" deyil. "Mançester Yunayted" hər matça qələbə üçün çıxır. Moyes bunu heç vaxt başa düşmədi.

Həmçinin onun matçlardan öncə kartof qızartması yeyməyi qadağan etməsi də klubda gərginliyə səbəb olurdu".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm