• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Bakı Atəşi” polşalılaları yandıracaq?

  • İdman
  • 5 Fevral 2014 12:25
  • 547 Baxış
“Bakı Atəşi” polşalılaları yandıracaq?

Fevralın 8-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının 8-ci turu çərçivəsində “Baku Fires” Polşanın “Hussars Poland” komandası ilə görüşəcək.

Publika.Az-ın məlumatına görə, hazırda 7 turdan sonra B qrupunda 4-cü yerdə olan komandamızın heyəti açıqlanıb.

Murad Rabadanov (52 kq, “Baku Fires”) Mariuş Koç (“Hussars Poland”) ilə, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polski ilə, Kamil Əhmədov (69 kq) İreneuş Zakrzevski ilə, Teymur Məmmədov (81 kq) Piotr Podluçki ilə, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) Arkadiuş Toborek ilə qarşılaşacaqlar.

Bu döyüşdə “Baku Fires”in heyətində üç yeni boksçu rinqə çıxacaq. Baş məşqçi Nuripaşa Talibov rəqibin zəifliyini nəzərə alaraq M.Rabadanov, M.Cəbrayılov və K.Əhmədova WSB liqasında debüt etmək imkan verib.

İkiqat dünya çempionu M.Məcidov isə ötən ilin oktyabrında keçirilmiş dünya çempionatından sonra ilk dəfə rinqə çıxacaq. Məmmədrəsul Məcidovun rəqibi Arkadiuş Toborek WSB liqasında bir görüş keçirib və məğlubiyyətlə üzləşib.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR