• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu əlləri 3 milyona sığortaladılar

  • İdman
  • 18 Sentyabr 2014 10:05
  • 710 Baxış
Bu əlləri 3 milyona sığortaladılar

“Bavariya” əsas qapıçısı Manuel Noyerin əllərini sığortalayıb.

Publika.az xəbər verir ki, qapıçının əlləri ilə bağlı hər hansı bir bədbəxt hadisə baş verəcəyi təqdirdə, sığorta şirkəti “Bavariya”ya 3 milyon avro ödəyəcək.

Söhbət ciddi zədələrdən gedir. Elə zədədən ki, 28 yaşlı qapıçının karyerasına zərbə vura bilər. Müqavilədə kiçik, məsələn, barmağın çıxması kimi zədələr nəzərə alınmayıb.

Noyer müəyyən əzası sığortalanan ilk futbolçu deyil. Buna qədər Devid Bekhem və Kriştiano Ronaldonun da ayaqları sığortalanıb. Messinin ayaqları isə fantastik qiymətə - 500 milyon avroya sığortalanıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR