"Çelsi"dən Mourinyoya sürpriz
Bizi izləyin

İdman

"Çelsi"dən Mourinyoya sürpriz

"Çelsi"dən Mourinyoya sürpriz

"Çelsi" baş məşqçisi Mourinyo ilə 10 illik müqavilə imzalamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə London təmsilçisinin direktoru Ron Qourley mətbuata verdiyi açıqlamada deyib. Direktor müqavilənin uzadılması fikrinə düşmələrinə belə səbəb gətirib:

“Mourinyo ilə 10 illik müqavilə imzalamaq istəyirik. Çünki o, bizi və komandanı yaxşı tanıyır. Onunla çalışmaq çox gözəldir.

Bəzən elə açıqlamalar verir ki, təzyiq həm futbolçuların, həm də rəhbərliyin üzərindən götürülər. Onun sayəsində klub daha böyük uğurlara imza atacaq”.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın geridə qalan 4 turundan sonra 12 xalla zirvədə qərarlaşıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm