Onun xərçəngə tutulmasına nə səbəb olub?
Bizi izləyin

İdman

Onun xərçəngə tutulmasına nə səbəb olub?

Onun xərçəngə tutulmasına nə səbəb olub?

“Nyukasl Yunayted”in oyunçusu Xonas Qutyerresin xərçəng xəstəliyinə yoluxması barədə məlumat vermişdik. (http://publika.az/p/42766 )

Publika.az xəbər verir ki, futbolçunun xəstəliyi il bağlı daha bir qəribə fakt məlum olub.

İddiaya görə, Xonasa xərçəng diaqnozu futbolçunun "Arsenal"a qarşı oyunda aldığı zədədən sonra aşkar olunub. Belə ki, Qutyerres Bakari Sanya ilə top uğrunda mübarizədə qasıq nahiyəsindən zərbə alıb. Bundan sonra ağrıları azalmadığı üçün tibbi yoxlamadan keçib və nəticə ürəkaçan olmayıb.

31 yaşlı futbolçu "Arsenal"la (2012-13) görüşdən sonra yaşadıqları barədə mətbuata belə danışıb:

"Sanya ilə pis toqquşdum. Sonra qasıq nahiyəmdə kəskin ağrı hiss etdim. Həkim müayinəsindən keçdim və mənə qorxulu heç nəyin olmadığını dedi.

Daha sonra tətil üçün istirahətə yollandım. Amma ağrılarım dayanmırdı. Mövsümün əvvəlində iltihab əlaməti gördüm və yenidən həkimə müraciət etdim. Təkrar müayinədən sonra mənə bu diaqnoz qoyuldu”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm