Astronomik məvacib tələb etdi
Bizi izləyin

İdman

Astronomik məvacib tələb etdi

Astronomik məvacib tələb etdi

"Real”ın ulduzu Ronaldonun klubdan ayrılacağı barədə xəbərlər gündəmə gəldiyi vaxtda maraqlı iddia ortaya atılıb.

Belə ki, portuqaliyalı ulduzun həftəyə 630 min avro məvacib tələb etdiyi iddia olunur. Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, "Mançester Yunayted"ə keçməyə müsbət yanaşan Ronaldonun bu tələbi yerinə yetirilsə, futbolçu ildə 33 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Ronaldo bu şərtlərlə "Mançester Yunayted"ə gəlsə, həftəyə 377 min 530 avro qazanan Runini geridə qoyaraq Premyer Liqanın ən yüksək ödənişli futbolçusu olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm