"Şeytan"ın gözü döndü
Bizi izləyin

İdman

"Şeytan"ın gözü döndü

"Şeytan"ın gözü döndü

Avropanın 5 ən güclü çempionatında hərəkətli transfer dönəmi başa çatdı. Publika.az xəbər verir ki, "Real" və "Mançester Siti" kimi transfer rekordçularının səssizliyini pozmadığı yanvar ayında ən çox pul xərcləyən komanda qənaətcil "Mançester Yunayted" oldu.

Şotland David Moyesin rəhbərliyi altında uğursuz çıxış edən "qırmıxzı şeytanlar" qış fasiləsində "Çelsi"nin yarımmüdafiəçisi Xuan Mata üçün 37 milyon funt-sterlinqdən keçdi.

Mançester təmsilçisindən sonra ən yüksək transfer haqqı ödəyən komanda PSJ oldu. Qətər milyaderlərinin nəzarətindəki komanda "Nyukasl"dan Yohan Kabayeni 25 milyon avroya aldı.

"Mançester Yunayted" və "Çelsi"

Mövsümə uğursuz başlayan "Mançester Yunayted" 37 milyon funt-sterlinqə Xuan Matanı heyətinə qatdığı halda "Çelsi" 3 oyunçu transfer etdi. Joze Mourinyonun başçılıq eptdiyi komanda ən çox pulu sabiq üzvü Nemanya Matiçə görə ödədi.

"Çelsi" 25 yaşlı serb üçün "Benfika"ya 21 milyon funt-sterlinq verdi. "Mavi"lər "Sent-Etyenn"dən aldığı Kurt Zoumanın transferinə 12, "Bazel"dən gələn misirli Məhəmməd Salahın keçidinə 11 milyon funt-sterlinq xərclədi.

Çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" və "Liverpul"un səssiz qaldığı qış fasiləsində "Arsenal" Moskva "Spartak"ından isveçli yarımmüdafiəçi Kim Kallstromu icarəyə götürdü. Premyer Liqanı tərk etmək təhlükəsi ilə üzləşən "Fulhem" "Olimpiakos"dan Kostas Mitroglounu 11 milyon funt-sterlinqə heyətinə qatıb önəmli transfer etdi.

PSJ-dən yalnız bir transfer

Fransada çempionluğa əsas namizəd PSJ-nin adı qış fasiləsində bir çox yarımmüdafiəçi ilə hallansa da, Paris klubu fransız Yohan Kabayenı heyətinə qatdı. "Nyukasl"ın formasını geyinən 28 yaşlı oyunçunun keçidi 25 milyon avroya başa gəldi.

Yanvarda Liqa 1-də PSJ-dən başqa heç bir komanda səs-küylü transfer etmədi. Liderin ən yaxın izləyicisi "Monako" "Anji"dən Didye Droqbanın həmyerlisi Lasina Traoreni 10 milyon avroya aldıqdan sonra "Everton"a icarəyə verdi.

Bundesliqanın "kralı" "Volfsburq"

Almaniyada bu qış transferə ən çox pul xərcləyən komanda "Volfsburq" oldu. Avrokuboklara qatılmaq uğrunda yarışan komanda "Çelsi"nin belçikalı yarımmüdafiəçisi Kevin de Bruyneni 17 milyon avroya aldı. Lider "Bavariya"nın səssis qaldığı dönəmdə Dortmund "Borussiya"sı "Partizan"dan 21 yaşlı yarımmüdafiəçi Miloş Jojii 2 milyon avroya transfer etdi.

İspaniya susdu, "İnter" birinci oldu

İspaniya La Liqasında qış fasiləsi ötən illərlə müqayisədə daha səssiz keçdi. Ölkənin iki əsas komandası - "Real" və "Barselona" yanvarda heyətini gücləndirmədi. Nəhənglərin səssiz qaldığı fasilədə çempionluq uğrunda mübarizə aparan "Atletiko" Dieqonu 1.5 milyon avro qarşılığında transfer etdi.

İtaliyada bu qış ən bahalı transferi "İnter" həyata keçirdi. Milan təmsilçisi "Latsio"dan braziliyalı yarımmüdafiəçi Hernanesi 15 milyon avro qarşılığında rənglərinə bağladı. Massimiliano Allegrinin başçılığı aldında uğursuz çıxış edən və Klarense Zeedorfu komandanın başına gətirən "İnter" yapon Keysuke Honda və qanalı Mixael Essyeni transfer haqqı ödəmədən heyətinə qatdı.

"Napoli" "Verona"dan Yorqinyo, Palmeyrasdan Henrike və "Sent-Etyenn"dən Faouzi Qulam üçün təxminən 14 milyon avro xərclədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm