Ulduz futbolçunun burnunu sındırdılar
Bizi izləyin

İdman

Ulduz futbolçunun burnunu sındırdılar

Ulduz futbolçunun burnunu sındırdılar

"Atletiko"nun hücumçusu Mario Mandzukiçin UEFA Çempionlar Liqasının qrup mərhələsində "Olimpiakos"la keçirilən oyunda başına iş gəlib.

Publika.az xəbər verir ki, ulduz futbolçunun burnu sınıb. Oyunun əvvəllərində xorvat forvard üzündən zərbə alıb. Buna baxmayaraq, o, həkimlərin müdaxiləsindən sonra görüşü davam etdirib və qol da vurub.

Matçdan sonra aparılan müayinədən sonra Mandzukiçin burnunda sınıq olduğu aşkar edilib. İndi onun əməliyyat olunacağı gözlənilir. Marionun nə vaxt neydana qayıdacağı bilinmir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm