İdman
"Qarabağ" "Sent-Etyen"lə ev oyununda 1 xalla kifayətləndi
Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Publika.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da ilk sınağına çıxıb.
Komandamızın ilk rəqibi isə Fransa "Sent-Etyen"i idi. Ağdamlılar bu komandayla ilk oyunu doğma meydanda keçirib. Qarşılaşmanı yüksək səviyyədə keçirməsinə, çoxsaylı qol epizodları yaratmasına baxmayaraq, komandamız rəqib qapısına yol tapa bilməyib. Nəticədə, Qurban Qurbanovun yetirmələri qrup mərhələsindəki ilk oyunundan 1 xalla ayrılmalı olub.
Avropa Liqası
F qrupu
18 sentyabr
Qarabağ - Sent-Etyen 0:0 (0:0)
Sarı vərəqə: J.Klement, 64, M.Qradel, 67.
Hakimlər: Stiven Maklin, Qeyvin Harris, Fransis Konnor, Alasdair
Ross.
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Andrey Dallas (Hakimlər
Şotlandiyadandı).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5.
Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi
Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 80), 20.
Riçard Almeyda, 41. Leroy Corc (99. Namiq Ələsgərov, 70), 70.
Çumbinyo (17. Vüqar Nadirov, 46).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 7.
Namiq Yusifov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Sent-Etyen: 16. Stefan Ruffye, 20. Jonatan Brizon,
23. Pol Baysse, 26. Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin
Korqne (12. Allan Sent-Maksimin, 50), 10. Renaud Kohade (28. İsmael
Diomande, 87), 19. Florentin Poqba, 7. Maks Qradel, 9. Mevlüt
Erdinç (18. Fabien Lemoyne, 75), 22. Kevin Monnet-Paket.
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. Françoys Klerk,
32. Jerold Nyemek, 11. Yohan Mollo.
Baş məşqçi: Kristof Qalte.
- See more at: http://futbolinfo.az/xeber/16051/#sthash.tBXnKSzH.dpuf
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!