
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - "Sent-Etyen" (Fransa) qarşılaşmasında gözəl görüntü yaşanıb.
Publika.az xəbər verir ki, ikinci hissənin başlanğıcında mərkəzi arenanın tribunalarında böyük bir Azərbaycan bayrağı açılıb.
Dövlət bayrağımız sektorlar üzrə hərəkət edib.