• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qurban Qurbanov: “Güclü millət olduğumuzu hiss etdim”

  • İdman
  • 19 Sentyabr 2014 09:58
  • 500 Baxış
Qurban Qurbanov: “Güclü millət olduğumuzu hiss etdim”

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Qarabağ” - “Sent-Etyen” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqqında danışıb.

Publika.az xəbər verir ki, Qurbanov komandasının oyunundan razı qaldığını bildirib:

"Daha çox hücumda oynasaq da, komandamızın müdafiəsindən çox razı qaldım. Oyunda təkcə qol çatışmadı. Rəqibimiz də yaxşı oyun nümayiş etdirdi. İstərdim ki, qol vurulsun və azarkeşlərimiz də sevinsin. Bununla belə, ilk xalımızı qazandıq.

Həm futbolçulara, həm də azarkeşlərimizə təşəkkür edirəm. Bu gün bir daha güclü millət olduğumuzu hiss etdim. Meydanda bayrağın dalğalanması çox xoş idi. Belə davam etsək, 3 xal da gələcək. Hələlik bir xal da yaxşıdı. Ən azından məğlub olmadıq. Oyundan əvvəl məğlub olmamaq haqda düşünürdük”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR