• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kristofun ağ yalanı: “Hücum futbolu oynadıq”

  • İdman
  • 19 Sentyabr 2014 10:05
  • 451 Baxış
Kristofun ağ yalanı: “Hücum futbolu oynadıq”

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”- “Sent-Etyen” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Kristof Qaltye matçla bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, fransız mütəxəssis komandasının oyun boyu hücum futbolu oynadığını söyləyib. O, bu matçdan sonra “Qarabağ”ın favoritlər sırasında olduğunu da bildirib:

“Komandamdan çox razıyam. Hücum futbolu oynadığımızı düşünürəm. Bizim hücum futbolu oynamadığımızı düşünmək, səhv olardı. Növbəti oyunda daha güclü olacağımıza inanıram. "Qarabağ"a qarşı belə oynamağımız normaldı. Hücumlarımızın kəsərli olmamasından narahat deyiləm.

Oyun çox çətin keçdi. Bu səbəbdən daha çox müdafiəyə diqqət ayırdıq. "Qarabağ"ın oyunlarını izləmişdik. Bu oyunlara baxandan sonra "Qarabağ"a hörmətimiz artmışdı. Bu gün məğlub olmamağımız bizim üçün üstünlükdü.

Bu oyundan sonra komandanız haqqında fikirlərim daha da artdı. Qrupda "İnter" favorit olsa da, Qurban Qurbanovun gördüyü işdən sonra əminliklə deyə bilərəm ki, "Qarabağ" qrupun favoritlərindən biridi”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR