İdman
İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası imzalandı
İsveçrənin Makolin şəhərində öz işinə başlamış Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü Konfransı yekunlaşıb.
Azərbaycanı bu konfransda gənclər və idman naziri Azad Rəhimov təmsil edirdi. Qeyd edək ki, konfransın açılış günü İsvecrənin müdafiə, mülki müdafiə və idman naziri Ueli Maurer sədr, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə sədr müavini seçilmişlər.
Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur. Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azad Rəhimov çıxış edib.
Çıxışı zamanı nazir Azad Rəhimov Azərbaycanın daim bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyini etdiyini və 2015-ci ildə ilk dəfə olaraq Avropa oyunlarının ölkəmizdə keçiriləcəyini qeyd edib. Nazir hər bir idman yarışında tamaşaçı zorakılığının, idmanda korrupsiya hallarının qarşısının alınmasının çox önəmli olduğunu qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbul edilmişdir.
Tədbir zamanı “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan edilmişdir. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya ilmza atan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının Baş Katibi T. Yaqland da iştirak edib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...