“Ekip” “Sent Etyen”i “yaş yuyub, quru sərdi”
Bizi izləyin

İdman

“Ekip” “Sent Etyen”i “yaş yuyub, quru sərdi”

“Ekip” “Sent Etyen”i “yaş yuyub, quru sərdi”

Fransanın "Ekip" nəşri Avropa Liqasının I turu çərçivəsində baş tutan "Qarabağ" - "Sent-Etyen" oyunu barədə yazı dərc edib.

Publika.az xəbər verir ki, həmyerlilərini "yaş yuyub, quru sərən" qəzet, “Sent Etyen”in məğlub olmadığna görə, qapıçısına və Tanrıya minnətdar olduğunu qeyd edib.

"Sent-Etyen"in yalnız ilk 15 dəqiqədə nələrsə etməyə çalışdığını qeyd edən "Ekip", daha sonra meydanda ağdamlıların ağalıq etdiyini vurğulayıb:

"Corc Leroy və Maksim Medvedevin fəallığı Brisonun cavabdeh olduğu sol cinahda xeyli problem yaratdı. Çumbinyo və Reynaldo da "Qarabağ"ın hücumdakı əsas silahları idi. Ancaq hər dəfə komanda yoldaşlarının dadına Rufye çatırdı.

Elə onun sayəsində də "yaşıllar" evə 1 xalla dönməyi bacardılar. Əlbəttə, Azərbaycana səfər etməmişdən öncə "Sent-Etyen" 3 xal qazanmaq istəyirdi. Ancaq indi 1 xala görə də Tanrıya şükür etməlidirlər".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm