Yenə “atışdılar” – “Çox danışmasın”
Bizi izləyin

İdman

Yenə “atışdılar” – “Çox danışmasın”

Yenə “atışdılar” – “Çox danışmasın”

"Qalatasaray"ın keçmiş baş məşqçisi Roberto Mançini "Çelsi"nin çalışdırıcısı Joze Mourinyoya sərt cavab verib.

Publika.az-ın verdiyi məlumata görə, o, Mourinyonun “Portuqaliya millisini yerli baş məşqçi çalışdırarsa, daha yaxşı olacaq” fikrinə sərt reaksiya göstərib:

"Səhv etmirəmsə, Mourinyo "Çelsi"ni çalışdırır. Mourinyo ən yaxşısı çox danışmasın. Çünki Portuqaliya Futbol Federasiyasının prezidenti Mourinyo deyil".

Qeyd edək ki, Mançininin Portuqaliya Futbol Federasiyasından bu ölkənin yığmasını çalışdırmaqla bağlı təklif aldığı deyilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm