Meydanda tapılan telefon kimin olub?
Bizi izləyin

İdman

Meydanda tapılan telefon kimin olub?

Meydanda tapılan telefon kimin olub?

Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilən “Borussiya” – “Vilyarreal” görüşündə maraqlı məqam yaşanıb.

Publika.az xəbər verir ki, münhenqladbaxlıların yarımmüdafiəçisi Qranit Djaka oyunun gedişində meydandan mobil telefon tapıb. Hadisə qarşılaşmanın 75-ci dəqiqəsində baş verib.

Futbolçu mobil telefonu qarşılaşmanın slovakiyalı baş hakimi İvan Krujlyaka göstərib. Oyunu dayandıran baş hakim telefonu ehtiyat referiyə təhvil verib.

Məlum olub ki, telefon “Vilyarreal”ın həkiminə məxsusdur. Həkim zədələnmiş futbolçuya kömək etmək üçün meydana daxil olarkən, telefonu “əhatə dairəsindən” çıxıb. Dərhal ehtiyat hakimə müraciət edən həkimin telefonu qaytarılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm