Ekspert Foqtsu ələ saldı
Bizi izləyin

İdman

Ekspert Foqtsu ələ saldı

Ekspert Foqtsu ələ saldı

Tanınmış futbol eksperti Erkin İbrahimov Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Sent Etyen” oyunu ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər veriri ki, Erkin bəy sosial şəbəkədə paylaşdığı fikirlərdə milli komandamızın baş məşqçisi Berti Foqtsu da “sancıb”. Ekspert “Qarabağ”ın oyununu bəyəndiyini qeyd etməklə yanaşı, “Foqtsun 4-6-0 taktiki sisteminə ehtiyac yoxdur” deməklə, almanı ələ salıb:

“UEFA Avropa Liqasında “Qarabağ”dan möhtəşəm performans! “Sent-Etyen” mən gördüyüm ən bəxtli komandadır. “Qarabağa”a çox təşəkkür edirəm. Azərbaycan komandalarının yolu budur-aqressiv və cəlbedici oynamaq. Daha Berti Foqtsun 4-6-0 taktikasına və “validol futbolu”na ehtiyac yoxdur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm