Bakı AVRO-2020-nin ev sahibi oldu
Bizi izləyin

İdman

Bakı AVRO-2020-nin ev sahibi oldu

Bakı AVRO-2020-nin ev sahibi oldu

Bu gün UEFA-nın İcraiyyə Komitəsi AÇ-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı seçib.

Publika.az xəbər verir ki, Cenevrə şəhərindəki Espace Hippomene Sərgi Mərkəzində, Bakı vaxtı ilə saat 16:00-da başlayan mərasimdə AÇ-2020-nin oyunları 13 paketə bölünüb: qrup mərhələsinin 3, pley-off (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket.

Standart paket üçün 19 assosiasiya sifariş sənədlərini təqdim edib:

Azərbaycan (Bakı), İngiltərə (London), Belarus (Minsk), Brüssel (Belçika), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münhen), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Bilbao), İtaliya (Roma), Hollandiya (Amsterdam), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Uels (Kardiff), İsveç (Stokholm), Şotlandiya (Qlazqo).

Yarımfinal mərhələsinin oyunları və final matçı üçün sifariş sənədlərini iki assosiasiya təqdim edib:

Almaniya (Münhen), İngiltərə (London).

Səsvermə nəticəsində Bakı Avro-2020-ni qəbul edəcək şəhərlər sırasına daxil olub.

Yarışın oyunlarına Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.

Bunlardan 4-ü - Bakı, Münhen, Roma və Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə 1/8 final qarşılaşmaları baş tutacaq. Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, "pley-off"un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad edilməyəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm