“Qarabağ”lıları şoka salan xəbər
Bizi izləyin

İdman

“Qarabağ”lıları şoka salan xəbər

“Qarabağ”lıları şoka salan xəbər

Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qolsuz heç-heçə edən "Qarabağ" ciddi itki ilə üzləşib.

Oyunda zədələnən Çumbinyonun durumuna aydınlıq gəlib. Onun zədəsi çox ağırdır. Bu barədə məlumatı Publika.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verdi:

“Futbolçunun ön xaçvari bağları qırılıb. Bu da onun ən az 5 ay topa toxuna bilməyəcəyi anlamın gəlir. Çumbinyonun aldığı zədə ən ağır zədə sayılır.

Bu zədədən sonra futbolçunun toparlanması 5-6 ay sürür. Çünki əməliyyat olunacaq, əməliyyatdan sonra bərpa prosesi var. Yaxın bir həftə ərzində onun əməliyyatı baş tutacaq. Ancaq Çumbinyo Azərbaycanda yox, Türkiyədə əməliyyat olunacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm