“Narkotikin təsirindən özümü 80 yaşlı qoca kimi hiss edirəm”
Bizi izləyin

İdman

“Narkotikin təsirindən özümü 80 yaşlı qoca kimi hiss edirəm”

“Narkotikin təsirindən özümü 80 yaşlı qoca kimi hiss edirəm”

Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina televiziyasına verdiyi müsahibədə hər kəsin diqqətini çəkən etiraflar edib.

Publika.az xəbər verir ki, Maradona narkotikin onun həyatına vurduğu zərərdən danışıb. Əfsanəvi futbolçu narkotikin təsirindən özünü çox qoca hiss etdiyini bildirib:

“Mənim 53 yaşım var. Ancaq özümü 80 yaşlı qoca kimi hiss edirəm. Mənim həyatım normal olmayıb. Ağrılarım rəqiblərimə üstünlük qazandırıb. Siz bilirsiniz ki, narkotik qəbul etməsəydim, mən necə futbolçu olardım... Təsəvvür edirsiniz o futbolçunu? Fantastik oyunçu!

Avropaya gələndən sonra mən sərt müdafiəçilərə qarşı oynamalı oldum. Ancaq bilirdim ki, texnikam sayəsində istənilən müdafiəni yarmağa qadirəm. Mən öz-özümə deyirdim ki, bir top var və onu səndən heç kim ala bilməz. Nə vaxt ki, topu qəbul edirdim, bütün stadion donurdu. Hələ də düşünürəm ki, yenə də topu elə ram edə bilərəm. Və buna son nəfəsimə qədər də inanacam”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm