“Şaxtyor”un stadionu yenə bombardman edildi
Bizi izləyin

İdman

“Şaxtyor”un stadionu yenə bombardman edildi

“Şaxtyor”un stadionu yenə bombardman edildi

Ukraynanın “Şaxtyor” klubunun stadionu – “Donbass Arena” yenə də bomba atəşinə məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "Şaxtyor"un rəsmi saytı yayıb. Partlayış dünən səhər saatlarında baş verib. Saytda yayılan məlumatda deyilir:

"Sentyabrın 19-da yerli vaxtla saat 12:45-də "Donbass Arena" yaxınlığında iki dəfə partlayış səsi eşidilib. Nəticədə qəlpələr stadionun şimal-şərq hissəsinin fasadını zədələyib. Arenanın işçiləri dərhal təhlükəsiz yerə evakuasiya olunub. Zərərçəkən olmayıb".

Qeyd edək ki, avqustun 23-də də bu arenaya bomba düşmüş və stadionun bir hissəsi dağılmışdı. Dəyən zərərin miqdarı isə 1 milyon dollar hesablanmışdı. Bundan başqa, avqustun 29-dan 30-na keçən gecə "Şaxtyor"un məşq bazasına iki mərmi düşərək əsas binanı dağıtmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm