“Hafka”nın komandası rüsvay oldu – Üzr istədi
Bizi izləyin

İdman

“Hafka”nın komandası rüsvay oldu – Üzr istədi

“Hafka”nın komandası rüsvay oldu – Üzr istədi

Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Tura paytaxt derbisi ilə start verilib və "İnter" "Bakı"nı qəbul edib. "İnter Arena"da keçirilən oyunda meydan sahibləri rəqiblərinə divan tutub - 7:0.

10-19-cu dəqiqələrdə Junior Nildo dubl edib. 30-cu dəqiqədə Arif Daşdəmirov fərqlənib. Baçana Tsxadadze 44-49-cu dəqiqələrdə dublunu rəsmiləşdirib. 73-cü dəqiqədə Coşqun Diniyev, 86-cı dəqiqədə Nizami Hacıyev rəqib qarısına yol tapıb. Bu qələbə sayəsində xal hesabını 13-ə yüksəldən "İnter" turnir cədvəlinin zirvəsinə yüksəlib.

Tsxadadze təşəkkür etdi

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze oyunla bağlı fikirlərini bildirib:

"Oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi.

Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey yenidən qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun, bizi qarşıda AZAL-la çox çətin oyun gözləyir".

Uzunca üzr istədi

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca isə darmadağına görə üzr istəyib:

"İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədi. Hər qoldan sonra oyundan bir az da soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim.

Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq".

Qeyd edək ki, turun iki oyunu bu gün, ikisi sabah baş tutacaq. "Xəzər Lənkəran" "Araz Naxçıvan"ı, "Sumqayıt" AZAL-ı, "Qarabağ" "Simurq"u, "Qəbələ" "Neftçi"ni qəbul edəcək.

Premyer Liqa

2014/15 mövsümü

I dövrə, VI tur

19 sentyabr

İnter - Bakı 7:0

Qollar: Junior Nildo, 10; 19. Arif Daşdəmirov, 30. Baçana Tsxadadze, 44; 49. Coşqun Diniyev, 73. Nizami Hacıyev, 86.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 11. Asif Məmmədov, 12. Junior Nildo (10. Elvin Məmmədov, 69), 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (27. Dieqo Madriqal, 64), 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (7. Abdulla Abatsıyev, 74).

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 10. Nurlan Novruzov (16. Rövşən Əmiraslanov, 78), 18. Əziz Quliyev, 19. Elton Hüseynov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (11. Tural Qürbətov, 39), 37. Mikayıl Rəhimov (30. Cəmşid Məhərrəmov, 30).

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 5. Georgios Palagios, 20. Valeh Seyidov.

Baş məşqçi: İbrahim Uzunca.

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Nüvər Xasıyev.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

"İnter Arena". 300 tamaşaçı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm