Rusiyalı voleybolçu deputatın üzünə tüpürdü
Bizi izləyin

İdman

Rusiyalı voleybolçu deputatın üzünə tüpürdü

Rusiyalı voleybolçu deputatın üzünə tüpürdü

Voleybol üzrə dünya çempionatında insident yaşanıb.

Publika.az xəbər verir ki, insident Polşa-Rusiya oyununda baş verib. Polşanın qələbəsi ilə başa çatan oyundan sonra rusiyalı voleybolçu Spiridonov ona söz atan azarkeşin üzünə tüpürüb. Sonradan məlum olub ki, həmin azarkeş Polşanın deputatı Marek Matuşevskidir.

Rusiya mətbuatı iddia edir ki, Matuşevski voleybolçuya “Krımı qaytarın” dediyi üçün Spiridonov onun üzünə tüpürüb.

Ancaq deputat bunun əksini iddia edir. Matuşevski bildirib ki, Krımla bağlı heç bir ifadə işlətməyib:

“Mən oyundan sonra ona, sadəcə, “xudahafiz” demişəm”.

Olayla bağlı araşdırma aparılır. Onu da qeyd edək ki, bu, Spiridonovla polşalı azarkeşlər arasında baş verən ilk insident deyil.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm