Rüşvət qalmaqalı böyüyür – “Qaytarmayacam"
Bizi izləyin

İdman

Rüşvət qalmaqalı böyüyür – “Qaytarmayacam"

Rüşvət qalmaqalı böyüyür – “Qaytarmayacam"

UEFA prezidenti Mişel Platini Braziliya Futbol Federasiyası tərəfindən FİFA İcraiyyə Komitəsinin üzvlərinə hədiyyə olunan saatlarla bağlı danışıb.

FİFA rəhbərliyi saatları götürən şəxslərdən onun qaytarılmasını tələb edib. Ancaq FİFA-nın bu tələbi UEFA prezidenti Mişel Platininin sərt etirazı ilə qarşılanıb.

Publika.az xəbər verir ki, Platini saatı qaytarmayacağını bildirib:

"Saatın dəyərini eşidəndə təəccübləndim. Mənə həmişə saat hədiyyə edirlər. Saatlar hədiyyə olunanda onu götürdüyümüzü gördülər. Bu səbəbdən FİFA-nın açıqlaması məni çox təəccübləndirdi.

FİFA 4 ay əvvəl, saatlar hədiyyə edilərkən bizi xəbərdar etməliydi. Hədiyyəni geri qaytarmayacam. Hədiyyə olunan saatı xeyriyyə fondlarından birinə bağışlayacam".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm