"Qəbələ" "Neftçi"yə, "Qarabağ" "Simurq"a qarşı YENİLƏNİR
Bizi izləyin

İdman

"Qəbələ" "Neftçi"yə, "Qarabağ" "Simurq"a qarşı YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.

"Neftçi" klubu Qəbələyə səfər edəcək. Xalları eyni olan komandaların dueli böyük maraq doğurur. "Qəbələ" - "Neftçi" oyunu saat 18:00-da başlayacaq.

Tura çempion “Qarabağ”la “Simurq”un qarşılaşması ilə yekun vurulacaq. Ötən tur AZAL-ı məğlub edən (3:0) Ağdam təmsilçisi liderlərdən uzaq düşməmək üçün bu görüşdə mütləq qalib gəlmək məcburiyyətindədir.

21 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası, 6-cı tur

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov

Qəbələ şəhər stadionu.

20:00. “Qarabağ” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu.

20 sentyabr (cümə)

“Xəzər Lənkəran” – “Araz Naxçıvan” - 2:0

Qollar: Qalin İvanov, 73 (1:0), Ağabala Ramazanov, 88 (2:0)

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov

Lənkəran şəhər stadionu.

“Sumqayıt” – AZAL - 0:1

Qol: Freddi Mombonqo, 24 (0:1)

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev

Sumqayıt stadionu, süni örtüklü meydança.

19 sentyabr

“İnter” – “Bakı” - 7:0

Qollar: Junior Nildo, 10, 19 (2:0), Arif Daşdəmirov, 30 (3:0), Baçana Sxadadze, 44 (4:0), 48 (5:0), Coşqun Diniyev, 73 (6:0), Nizami Hacıyev, 86 (7:0)

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov

Bakı. “İnter Arena” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm