Almaniyada “nəhənglər”in “qara gün”ü - VİDEO
Bizi izləyin

İdman

Almaniyada “nəhənglər”in “qara gün”ü - VİDEO

Almaniyada “nəhənglər”in “qara gün”ü - VİDEO

Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun açılış oyununda cari mövsümdə qələbəyə həsrət qalan iki komanda üz-üzə gəlib. "Frayburq" iki dəfə hesabda irəli keçsə də, Ronninin dublu "Herta"nı məğlubiyyətdən xilas edib.

Turun digər oyunlarında gözlənilməz nəticələr qeydə alınıb. Almaniyanı ÇL-də təmsil edən klubların heç biri bu tur qalib gələ bilməyib. Dünən isə daha 6 oyun keçirilib. "Bavariya" və “Şalke” 1 xal qazanıbsa, "Borussiya" və “Bayer” meydanı məğlubiyyətlə tərk edib.

Almaniya çempionatı, 4-cü tur

19 sentyabr (cümə)

23:30 Frayburq - Herta 2:2

Qollar: Kempf, 30. Klaus, 79 - Ronni, 36; 90.

20 sentyabr (şənbə)

18:30 Ausburq - Verder 4:2

Qollar: Bayer, 14, Verhaeq, 45-p. Verner, 77. Matavs, 90. - Selke, 3. Di Santo, 56-p.

18:30 Hamburq - Bavariya 0:0

18:30 Paderborn - Hannover 2:0

Qollar: Kaçunqa, 71. Stoppelkamp, 90.

18:30 Şalke - Antraxt 2:2

Qollar: Çupo-Motinq, 40. Draksler, 50 - Mayer, 15. Russ, 24.

18:30 Ştutqart - Hoffenhaym 0:2

Qollar: Modeste, 15. Elyunissi, 84.

21:30 Maynts - Borussiya D 2:0

Qollar: Okazaki, 67. Ginter, 74-a/q.

21 sentyabr (bazar)

18:30 Volfsburq - Bayer L 4:1

Qollar: Rodriqes, 8-p; 63. Vieyrinya, 45. Hunt, 81 - Drmiç, 29.

20:30 Köln - Borussiya M 0:0

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm