Belə “rüşvət almışam” etirafı görülmədi – FOTO
Bizi izləyin

İdman

Belə “rüşvət almışam” etirafı görülmədi – FOTO

Belə “rüşvət almışam” etirafı görülmədi – FOTO

Əlcəzair çempionatında ilginc hadisə baş verib.

Publika.az xəbər verir ki, Əlcəzair çempionatının oyunlarından birində yardımçı hakim əynindəki formanı soyunaraq, futbol federasiyasının keçmiş prezidentinin ona rüşvət təklif etdiyini bildirib.

Köməkçi hakim Mahmud Munir Bitamın formasının üzərində bu sözlər yazılıb: “Kerbadj (Əlcəzair Futbol Federasiyasının keçmiş prezidenti) və Kelilin (Əlcəzair federasiyasında Hakimlər Komitəsinin keçmiş sədri) rüşvətxor keçmişləri var”.

Oyun bitəndən sonra hakim mətbuata açıqlama verərək etiraf edib ki, son iki mövsümdə özü də futbolun çirkabına - rüşvətə bulaşıb:

“Əlcəzair kubokunun yarımfinalında federasiya prezidenti bizdən JSK-nın “AİN Fekreoun”a uduzmasını istədi. Bütün elədiklərimə görə peşmanam. Artıq hər şeyi açıqlayacam. Superkubokun finalında da bizdən “MS Algier” komandasının lehinə qərarlar verməyimiz istəmişdi. O oyunda rəqib komandanın təmiz qolunu saymamışdıq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm