• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şeyx onu qovmayacaq

  • İdman
  • 22 Sentyabr 2014 12:20
  • 317 Baxış
Şeyx onu qovmayacaq

Cari mövsümə o qədər də uğurlu başlamayan PSJ-yə təzyiqlər artır.

Publika.az xəbər verir ki, baş məşqçi Loran Blanın istefası gündəmə gəlib. Amma klubun prezidenti Nasser Əl-Xəlafi bu barədə düşünmədiklərini bildirib.

Liqa-1-də 6 turdan sonra (2 qələbə, 4 heç-heçə) 10 xalla 5-ci pillədə qərarlaşan paytaxt klubu Çempionlar Liqasına da heç-heçə ilə başlayıb (“Ayak”- 1:1).

Klubun rəhbəri Blanın mövsümün sonuna kimi postunda qalacağını bildirib:

“Hazırda hamının görməyə alışdığı futbolumuzu sərgiləmirik. Özümüzə gəlməliyik və ötən mövsümkü kimi oynamalıyıq. Loran Blanın qovmaq haqda düşünmürük. Ən azı mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR