Fiasko – 10 nəfər bir gümüşlə qayıdır
Bizi izləyin

İdman

Fiasko – 10 nəfər bir gümüşlə qayıdır

Fiasko – 10 nəfər bir gümüşlə qayıdır

Gənc cüdoçular arasında keçirilən Avropa çempionatı başa çatıb.

Publika.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə baş tutan yarışa 10 idmançı ilə yollanan Azərbaycan millisi cəmi 1 gümüş medal qazanıb.

Bu mükafatı komandamıza 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov qazandırıb. O, finalda gürcüstanlı Beka Qviniaşviliyə ipponla uduzub.

Qeyd edək ki, millimiz komanda hesabında 40 ölkə arasında 18-ci yeri tutub.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm