Ərəblər ora da əl qoydular
Bizi izləyin

İdman

Ərəblər ora da əl qoydular

Ərəblər ora da əl qoydular

“Real”a məxsus “Santyaqo Bernabeu” stadionunun adında dəyişiklik ola bilər.

Publika.az xəbər verir ki, bu barədə məsələ klubun idarə heyətinin toplantısında müzakirə edilib. Madrid klubunun prezidenti Florentino Peres iclasda stadionun adının dəyişdirilməsini təklif edib və əməkdaşlıq etməyə hazır olan şirkətin adını açıqlayıb.

O, stadionun yenidənqurma işlərindəki xərclərini sıfıra endirmək üçün belə addım atmaq qərarına gəlib. Belə ki, ilkin hesablamalara görə, “Santyaqo Bernabeu”nun yenidən qurulması üçün 500 milyon avro lazımdı.

Peres klubunu ziyana salmamaq üçün Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “İnternational Petroleum İnvestment Company” ilə sözügedən məbləğdə anlaşıb. Müqavilənin müddəti 20 il olacaq. Arenanın adının dəyişdirilərək “Abu-Dabi Bernabeu" olacağı gözlənilir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm