Lənkəran stadionu “Böyük oyun”a hazır olacaq-Rəsmi açıqlama
Bizi izləyin

İdman

Lənkəran stadionu “Böyük oyun”a hazır olacaq-Rəsmi açıqlama

Lənkəran stadionu “Böyük oyun”a hazır olacaq-Rəsmi açıqlama

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində baş tutacaq "Xəzər Lənkəran"- "Neftçi” oyununun keçiriləcəyi Lənkəran şəhər stadionunun qar altında qalması barədə məlumat vermişdik.

Mərkəzi stadion və onun ətrafı hələ də qarın altındadır. Qarın stadionun ot örtüyünə ciddi zərər vuracağı şübhəsizdi. Arenanı “Böyük oyun”a qədər hazır vəziyyətə gətirmək mümükün olacaq, yoxsa görüş təxirə salına bilər?

Bu suallara cavab almaq, Lənkəran stadionunun son durumu ilə bağlı məlumat əldə etmək üçün cənub klubunun mətbuat xuidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Publika.Az-a açıqlama verən klub rəsmisi əsas meydançanın “Böyük oyun”a qədər hazır olacağını bildirdi:

“Bilirsiniz ki, ən çox qar Lənkəranda yağıb. Dünənə qədər meydançanı təmizləmək imkanımız yox idi. Hətta dünən də qar yağmaqda davam edirdi. Amma bu gün məşq proseslərini keçmək üçün ehtiyyat meydança tamamilə təmizlənib qurtaracaq.

Sabahdan isə əsas meydançanın təmizlənmə işlərinə start veriləcək. Əsas meydança “Böyük oyun”a qədər hazır olacaq. Oyunun təxirə salınması ilə bağlı müraciət etməyi düşünmürük. Qarşıdakı 3 gün ərzində təmizləmə işləri başa çatdırılacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm