İdman
Bütün ölkə boyu seçim olacaq
2014-cü ilin təqvim planına əsasən, Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş növbəti açıq Respublika turniri keçiriləcək.
Publika.az xəbər verir ki, bu turnir oktyabrın 27-29-da baş tutacaq. Oktyabrın 4-dən 12-dək turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start veriləcək. Yarışın keçirilməsi həm də 2015-ci ildə keçiriləcək yeniyetmələrin Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
1998-99-cu il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-in nümayəndəlikləri tərəfindən keçiriləcək. 2000-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışlarda iştirak edə biləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
3 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-də Qobustanda, 2 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-5-də Sumqayıtda təşkil olunacaq. Oktyabrın 11-12-də 4, 6 və 7 saylı nümayəndəliklərin seçim yarışları baş tutacaq, yarışlar müvafiq olaraq Sabirabad, Şəki və Şəmkirdə keçiriləcək.
1 saylı nümayəndəliyin seçim xarakterli yarışları Bakıda keçiriləcək. Oktyabrın 8-9-da sərbəst, 10-11-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika turnirində iştirak hüququ əldə edəcəklər.
Aygün
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB