Mustafa Dənizli klub prezidentindən 125 milyon tələb edib
Bizi izləyin

İdman

Mustafa Dənizli klub prezidentindən 125 milyon tələb edib

Mustafa Dənizli klub prezidentindən 125 milyon tələb edib

Türkiyənin “Rizəspor” klubunun prezidenti Metin Kalkavan komandasının sabiq baş məşqçisi, hazırda “Xəzər Lənkəran”ı çalışdıran Mustafa Dənizlinin klubdan böyük miqdarda transfer məbləği istədiyini bildirib.

Publika.az xəbər verir ki, Kalkavan qeyd edib ki, Dənizli onlardan böyük klubların büdcəsinə bərabər büdcə tələb edirmiş:

“Biz “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi komandalarla rəqabət apara bilmirik. Onların büdcəsi 300 000 000 lirəyə (120 000 000 manat) bərabərdi. Bizim büdcəmiz isə 40 milyondu.

Mustafa Dənizli ilə vidalaşmağımızın da səbəbi məhz elə bu transfer anlaşmasında razılığa gəlməməyimizdi. Dənizli bizdən 125 000 000 istəyirdi. Bu, mümkünsüz idi.

Ona belə bir büdcə ayırsaydıq, müflis olardıq. Hətta çempion olsaydıq belə. Bəs çempionluğa təminat varmı? Yox! Hər kəs həddini bilməli və ayağını yorğanına görə uzatmalıdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm