İdman
Saxtakarlıq edən məşqçi cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 3-cü turunun “Mil-Muğan” – “Turan-T” matçındakı hadisəyə də baxılıb.
Belə ki, “Mil-Muğan” komandasının futbolçusu Fərid İbrahimlinin əvəzinə oyunda klubun digər futbolçusu Orxan Məhərrəmov iştirak edib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. Qeydləri nəzərə alan İntizam Komitəsi “Mil-Muğan” klubu və baş məşqçisini cəzalandırıb.
“Mil-Muğan" limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 1000 manat cərimə olunub. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulmuş qollar ləğv edilib.
Komandanın baş məşqçisi Mətləb Məmmədov isə saxtakarlığa yol verdiyinə görə, 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb və klub 1000 manat cərimə olunub.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO