“Soyuq müharibə”yə Qəbələdə son qoyuldu
Bizi izləyin

İdman

“Soyuq müharibə”yə Qəbələdə son qoyuldu

“Soyuq müharibə”yə Qəbələdə son qoyuldu

Azərbaycan Premyer Liqasının sonuncu turunda keçirilən "Qəbələ" - "Neftçi" oyunu (0:0) təkcə nəticə olaraq "sülh"lə başa çatmadı. Matçın gedişində iki klubun rəsmisi arasında da "sülh müqaviləsi" bağlanıb.

Publika.az xəbər verir ki, "Neftçi"nin müşaviri Elnur Əşrəfoğlu ilə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov uzun zaman idi aralarında davam edən "soyuq müharibə"yə son qoyub. Əşrəfoğlu hələ "Neftçi"də müşavir postuna təyinat almadığı, jurnalist kimi çalışdığı dövrdə "Qəbələ"nin idarəçiliyini, konkret Nəcəfovu dəfələrlə tənqid etmişdi.

Qəbələdə görüşən klub rəsmiləri "soyuq müharibə"yə son qoyaraq, birlikdə oyunu izləyiblər. Onlarla yanaşı, "Neftçi"nin vitse-prezidenti Mübariz Xudiyev də "Qəbələ" - "Neftçi" görüşünü izləyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm