Kapitanı haldan salan o imiş
Bizi izləyin

İdman

Kapitanı haldan salan o imiş

Kapitanı haldan salan o imiş

"Qalatasaray"ın kapitanı Səlcuk İnanın son zamanlar səviyyəsindən aşağı futbol oynaması Türkiyədə müzakirə mövzusudur.

Publika.az xəbər verir ki, Türkiyə mətbuatı İnanın imkanlarından aşağı səviyyədə oyun sərgiləməsinin səbəbi kimi futbolçunun tez-tez Londona səfər etməsini göstərib.

Səlcuk iki ildi ki, İngiltərədə təhsil alan Cemre Kardeş ad-soyadlı bir xanımla sevgi yaşayır. Deyilənlərə görə, "Qalatasaray"ın futbolçusu hətta bir günlük icazə alanda da, Londona gedib-qayıdır.

Türkiyədən Londona gedib-gəlmək isə 10 saat yolda olmaq lazımdır. Bu isə futbolçunu kifayət qədər yorur, o, məşqlərdə və oyunlarda ondan gözləniləni verə bilmir.

Cemre Kardaş İstanbulda olarkən "Qalatasaray"ın oyunlarını stadiondan izləyir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm