İndi də pandalarla dostluq edəcək
Bizi izləyin

İdman

İndi də pandalarla dostluq edəcək

İndi də pandalarla dostluq edəcək

"Nyu-York" basketbol klubunun keçmiş oyunçusu Metta Uorld Pis yeni mövsümdən etibarən karyerasını Çinin "Siçuan" komandasında davam etdirəcək.

Publika.az xəbər verir ki, adını “Pandas’ Friend” olaraq dəyişmək istəyən oyunçu, matçlara üzərində panda təsviri olan idman ayaqqabılarıyla çıxmağı qəraralaşdırıb.

O, bununla bağlı mətbuata verdiyi açıqlamada belə deyib:

"Matçlara ön hissəsində panda təsvir edilən idman ayaqqabılarıyla çıxacam. Bəzən qara və bəzən də ağ rəngdə olacaqlar. Daha sonra onları azarkeşlərə tərəf atacam. Ayaqqabıları tutan insan “günün panda dostu” adına layiq görüləcək".

Xatırladaq ki, məşhur basketbolçunun əsl adı və soyadı Ron Artest idi. O, sonradan sülhə dəstək vermək məqsədilə Metta Uold Pis (Metta World Peace) adını qəbul etmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm