Veteran futbolçu həyat yoldaşını öldürdü
Bizi izləyin

İdman

Veteran futbolçu həyat yoldaşını öldürdü

Veteran futbolçu həyat yoldaşını öldürdü

“Zenit”in veteran futbolçusu Vladimir Dolqopolov həbs olunub.

Publika.az xəbər verir ki, 1984-cü ildə “Zenit”in heyətində SSRİ çempionu olan 52 yaşlı veteran futbolçu həyat yoldaşını öldürməkdə ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dolqopolovun həyat yoldaşı ilə mübahisə etdiyini və ona ağır bədən xəsarətləri yetirdiyini iddia edirlər. Məhz bu xəsarət nəticəsində də, veteran futbolçunun həyat yoldaşı dünyasını dəyişib.

Dolqopolov 2009-cu ildən “Zenit”də menecer vəzifəsində çalışır və veteranlarla iş üzrə fəaliyyət göstərirdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm