Şeyxlərin adamı danışdı: “Problem yoxdur”
Bizi izləyin

İdman

Şeyxlərin adamı danışdı: “Problem yoxdur”

Şeyxlərin adamı danışdı: “Problem yoxdur”

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təşkilat komitəsi mundialın təşkilatçılıq hüququnun bu ölkədən alınacağı ilə bağlı yayılan söz-söhbətlərə müasibət bildirib.

Publika.az xəbər verir ki, komitənin direktoru Nasser el-Khater bu iddiaları təkzib edib:

Teo Zvanzigerin dedikləri onun öz fikrləridir. FİFA "DÇ-2022"yə ev sahibliyinin Qətərdən alınması barədə qərar qəbul etməyib. Mübahisələr ancaq turnirin keçiriləcəyi vaxtla bağlıdır, bundan başqa heç bir problem yoxdur”.

Qətərdə hava həddindən artıq isti olduğu üçün "DÇ-2022"nin qışda keçiriləcəyi deyilir.

Qeyd edək ki, FİFA İcraiyyə komitəsinin üzvü Teo Zvanziger mətbuata verdiyi açıqlamada mundialın Qətərdə keçirilməyəcəyinə inandığını bildirmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm