Tayson qəzaya düşən gənci necə xilas etdi? – FOTO
Bizi izləyin

İdman

Tayson qəzaya düşən gənci necə xilas etdi? – FOTO

Tayson qəzaya düşən gənci necə xilas etdi? – FOTO

Adətən, qalmaqalları ilə mətbuatın gündəmini zəbt edən əfsanəvi boksçu Mayk Tayson bu dəfə xeyirxah əməli ilə diqqət mərkəzinə düşüb.

Tayson qəzaya düşən motosikletçini xilas edib. Publika.az xəbər verir ki, hadisə Las Veqas yollarında baş verib. Taksinin zərbəsindən idarəetməni itirən motosikletçi yerə yıxılıb. Huşunu itirən motosikletçi gözlərini açarkən başının üstündə Taysonu görüb.

Tayson yoldakı hərəkəti dayandırıb və həkimlər gələnədək 29 yaşlı gəncin başı üzərində olub. Təcili yardım maşını gəldikdən sonra o, hadisə yerini sakitcə tərk edib.

Hadisə zamanı xəsarət alan gəncin özü də danışıb. Onun bildirdiyinə görə, ağır vəziyyətdə olsa da, gecə vaxtı başının üstündə duran boksçunun şəklini çəkə bilib. Xəstəni müayinə edən həkimlər zərərçəkəndə çoxsaylı sınıqlar aşkarlayıblar.

Hazırda durumu yaxşı olan, xəstəxanadan evə buraxılan gənc, Taysona məktub yazıb və onun ünvanına meyvə dolu səbət göndərib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm