İndoneziyalıları da dişləyəcək?
Bizi izləyin

İdman

İndoneziyalıları da dişləyəcək?

İndoneziyalıları da dişləyəcək?

DÇ-2014-də İtaliya millisinin müdafiəçisi Corco Kyellinini dişləyən Luis Suarez dörd aylıq diskvalifikasiya olunmuşdu.

O, Uruqvay millisində də 9 rəsmi oyunu buraxmalıdı. FİFA suaresə bu müddətdə ümumiyyətlə futbol oynamağı qadağan etmişdi. “Barselona”nın şikayətindən sonra futbolçuya komanda ilə birgə məşq etməyə icazə verilmişdi.

Publika.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Luis Enrike Suaresin idman formasını bərpa etməsi üçün ona əvəzedici heyətdə oynamaq şəraiti yaradıb.

Kataloniya klubunun əvəzediciləri ilə İndoneziya gənclər yığması arasında yoldaşlıq görüşü keçiriləcək. Bu gün keçiriləcək görüşdə Suares də meydana çıxacaq. Bu haqda klubun rəsmi “Tvitter” səhifəsi məlumat yayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm