• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

UEFA-dan inqilabi yenilik - FİFA-ya qarşı da çıxacaq

  • İdman
  • 24 Sentyabr 2014 11:43
  • 447 Baxış
UEFA-dan inqilabi yenilik - FİFA-ya qarşı da çıxacaq

UEFA yeni qaydalar tətbiq etməyi planlaşdırır.

Avropanın ali futbol qurumu klublar arasındakı haqsız rəqabəti aradan qaldırmaq məqsədilə "Financial Fair Play" qaydalarına dəyişiklik edəcək. Publika.az xəbər verir ki, qurumun intizam komitəsi və "Financial Fair play" şöbəsi oyunçuların özlərinə cəza verməyi düşünür. Belə ki, yeni qaydalara əsasən qurum artıq klublara oyunçu transferini məhdudlaşdırmayacaq, oyunçuların özləri cəzalanacaq.

"Financial Fair play"ə əməl etməyən futbolçular komandadan xaric edilməklə yanaşı, Avrokuboklarda çıxışdan da məhrum ediləcək.

Beynəlxalq qurumun baş katibi Canni İnfantino bu barədə belə deyib:

“Hazırki vəziyyət artıq klub, oyunçu və klub sahibi arasında münasibətlərə zərbə vurur. Beləliklə, futbolçular öz karyeralarında daha az seçim imkanına malik olur. Klubların isə borc asılılığı yaranır və futbolun ümumi imicinə də zərər verir.

Bu səbəbdən UEFA yeni qaydalar tətbiq etməyi planlaşdırır. Əgər FİFA bu problemləri aradan qaldırmasa, məsələyə UEFA özü qarışacaq".

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR