“Qarabağ”ın bosniyalısı: “Sevgilim var”
Bizi izləyin

İdman

“Qarabağ”ın bosniyalısı: “Sevgilim var”

“Qarabağ”ın bosniyalısı: “Sevgilim var”

"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına müsahibə verib. Publika.az müsahibəni təqdim edir:

-“Qarabağ”a keçidiniz necə reallaşdı?

-Mən Polşadan da transfer təklifi almışdım. “Qarabağ”dan da təklif aldım. Açığı, ilk baxışdan təklif olunan şərtlərin təmin olunacağına inanmadım. Çünki Azərbaycan mənə tanış olmayan bir ölkə idi. Nəhayət razılaşdım və Bakıya getməyə qərar verdim. Seçimimdə də səhv etməmişəm. Biz baxımlı futbol oynayırıq. Çempionatda ən çox qol vuran və ən az qol buraxan ilk klub olduq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla klub tarixində ilkə imza atdıq. “Zalsburq”la yadda qalan matçlarımız oldu. “Tvente” qarşısında bizə heç kim şans tanımasa da, biz inandıq və mərhələ adladıq.

-“Qarabağ” Avropa Liqasında nəsə edə biləcək?

-Qrupda nələr olacağı hələ ki bəlli deyil. Çünki biz İtaliyada və Avrokuboklarda çempionluqlar yaşamış “İnter” kimi nəhəng kluba qarşı oynayacağıq. İlk matçda “Sent-Etyen”lə bərabərə (0:0) qaldıq. Amma qələbə də qazana bilərdik. Buna baxmayaraq, biz məyus olmadıq. İndi həzz almaq üçün Milana getmək vaxtıdı. Yaxşı komanda olduğumuzu göstərməliyik.

-Azərbaycanda yaşayış necədir?

-Bakı böyük şəhərdi. Xarici investorlar şəhərə investisya qoyur və neft, qaz resurslarından istifadə edir. Amma ölkənin digər şəhərləri inkişaf cəhətdən Bakıdan geridə qalır. Oradakı insanlar əsasən kənt təsərrüfatı ilə məşğul olur.

-Oranın mətbəxi necədi? Yeməkləri faydalı və sağlamdı?

- Türkiyədəkinə oxşayır. Orada Mərsindəki kimiyəm, uyğunlaşmaqda heç bir problem yaşamadım. Onu da qeyd edim ki, Bakı beynəlxalq şəhərdi. Orada Fransa və İtaliya yeməkləri də tapmaq olur. Balkan yeməkləri hazırlayan bir yer də tanıyıram. Amma oradakı küftələr Sarayevadakı kimi yaxşı deyil. Mən daha çox faydalı və sağlam yeməklərə üstünlük verirəm.

-Bəs qızlar?

-Azərbaycana futbol oynamağa gəlmişəm, qızlara baxmağa yox. Onu da əlavə edim ki, mənim sevgilim var və başqalarına baxmaq istəmirəm.

-Karyeranız ərzində Sizə daha çox kimlər dəstək olur?

-Bacım və Moyka. Açığı, həyatımda lazım olan hər şeyə sahibəm. Belə deyə bilərəm ki, orada yeni butsum və əlcəyim var və həmişə onlara qayğı göstərəcəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm